Psixoanaliz (alm. Psychoanalyse) — XIX əsrin sonlarında — XX əsrin əvvəllərində avstriyalı nevroloq və psixiatr Ziqmund Freyd (1856–1939) tərəfindən hazırlanan psixologiya nəzəriyyəsi. Bu nəzəriyyəyə əsaslanan psixi pozuntu müalicə üsulu da mövcuddur.[1]